"Bavariya"nın prezidenti Herbert Hayner "Real"ın Almaniya təmsilçinin hücumçusu Maykl Olise ilə müqavilə imzalamaq istəyi ilə bağlı söz-söhbətə münasibət bildirib. Sport24.az xəbər verir ki, Münhen klubunun prezidenti bununla bağlı "Bild" nəşrinə açıqlam verib:

 

"Əgər Florentino Peres bizə Olise üçün təklif göndərmək istəsə - bu, hələ baş verməyib - o, arzusunu ürəyində saxlaya bilər. Maykl Olisenin "Bavariya" ilə uzunmüddətli müqaviləsi var. Onu satmaq niyyətimiz yoxdur".

 

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda 24 yaşlı fransız futbolçunun "Kral Klubu"na qoşulmaq istəyi barədə xəbərlər yayılıb.

 

Qeyd edək ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres bazar günü keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, ulduz oyunçu üçün çərşənbə axşamı təklif göndərəcəyini bildirmişdi.