"Bavariya"nın yarımmüdafiəçisi Uisdom Mayk imtahan vermək üçün klublararası dünya çempionatını tərk etmək məcburiyyətində qalıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 16 yaşlı futbolçu məktəbi bitirmək üçün Almaniyada qalmalı olub. Mayk hələ əsas komandada debüt etməyib. Ola bilərdi ki, onun klublararası dünya çempionatında belə imkanı olardı.
2024/25 mövsümündə Mayk "Bavariya"nın gənclər komandasında 23 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə dünyanın müxtəlif ölkələrindən səkkiz qrupa bölünən 32 komanda iştirak edəcək. "Bavariya" C qrupunda Amerikanın "Oakland City", Argentinanın "Boka Xuniors" və Portuqaliyanın "Benfika" klubları ilə mübarizə aparacaq.