"Bavariya" hücum xəttinin lideri, İngiltərə millisinin üzvü Harri Keyn ilə müqaviləni uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettberq məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya klubu, 32 yaşlı futbolçusuna uzunmüddətli müqavilə təklif etməyi planlaşdırır. Klub rəhbərliyi oyunçunun müqaviləsini 2028 və ya 2029-cu ilə qədər uzatmağı düşünür.
Qeyd edək ki, futbolçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında bitir. İngiltərə millisinin üzvü bu mövsüm Münhen klubunun heyətində meydana çıxdığı 25 oyunda 30 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.