"Bavariya" "Atletik"in (Bilbao) futbolçusu Niko Uilyamsla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 

 

Münhen təmsilçisi yay transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir. Buna səbəb futbolçuları Serj Qnabri, Leroy Sane və Kinqsli Komanın klubdakı gələcəklərinin qeyri-müəyyən olmasıdır. Almaniya təmsilçisinin 22 yaşlı ispaniyalı vinger üçün 50-60 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

 

Qeyd edək ki, daha öncə mətbuatda "Barselona"nın Niko Uilyamsla maraqlanması, həmçinin futbolçunun özünün Kataloniya klubuna keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.