"Barselona" "Real Sosyedad"ın qapıçısı Aleks Remiro ilə maraqlanır və ona müqavilə təklif etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Kataloniya klubu 30 yaşlı qapıçını yaxından izləyir və onun əsas qapıçı Joan Qarsiyaya etibarlı əvəzedici ola biləcəyinə inanır. "Barselona"nın idman direktoru Deko ötən yay Qarsiyanı transfer etməzdən əvvəl Remiro ilə yaxından maraqlanıb. Qolkiperin özü də "Barselona"da Qarsiya ilə rəqabət aparmağa hazırdır. Lakin katalonlar ilk növbədə müqavilələri olan Mark-Andre ter Stegen və Voyçex Şçensnı ilə bağlı problemləri həll etməlidir.

 

Qeyd edək ki, Remiro bu mövsüm La Liqada 20 oyun keçirib. "Transfermarkt"ın məlumatına görə, futbolçunun transfer dəyəri 14 milyon avrodur.