"Barselona"nın doğma stadionu "Kamp Nou"ya qayıdışı yenidən təxirə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb.

 

Arena 2022-ci ildən yenidən qurulur. Stadionun ilk olaraq 2024-cü ilin payızında istifadəyə verilməsi planlaşdırılırdı, lakin sonradan 2025-ci ilin aprelinə, daha sonra isə avqusta təxirə salınıb.

 

Mənbənin sözlərinə görə, "Barselona" 2026-cı ilə qədər "Kamp Nou"da oynamayacaq. Barselona Şəhər Şurası çoxsaylı çatışmazlıqlara görə hələ də arenaya lisenziya verməkdən imtina edir