"Barselona"nın hər il mövsümöncəsi təşkil olunan Joan Qamper Kubokunda qarşılaşacağı rəqib müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
"Barselona" avqustun 10-da sabiq futbolçusu Sesk Fabreqasın çalışdırdığı İtaliya "Komo"su ilə qarşılaşacaq. Görüş Barselonada, Yohan Kroyff adına stadionda baş tutacaq.
Ötən mövsüm "Komo" A Seriyasını 10-cu pillədə başa vurub.
Qeyd edək ki, ötən il "Barselona" Joan Qamper Kuboku uğrunda görüşdə "Monako"ya 0:3 hesabı ilə məğlub olub.