UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən PSJ – "Barselona" matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Sport24.az xəbər verir ki, qurumun İntizam Komitəsi İspaniya klubunu cəzalandırıb.

La Liqa təmsilçisi azarkeşlərin davranışı üzündən 32 min avro cərimə ödəyəcək. "Barselona"nın növbəti səfər oyununa bilet satışına şərti qadağa qoyulub. Sınaq müddəti bir il təyin edilib.

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan "Barselona" cavab oyununda 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.