"Barselona" son 12 ildə ilk dəfə avrokubokların pley-off mərhələsində iki matçda 7 qol buraxıb. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi sonuncu dəfə bu cür məğlubiyyətlə 2012/13 mövsümündə üzləşib.
Həmin vaxt "Barselona" yarımfinalda "Bavariya"ya uduzub - 0:4 və 0:3.
Həmçinin koronavirus pandemiyası səbəbindən turnirin formatının dəyişdirildiyi 2019/20 mövsümündə Çempionlar Liqasının 1/4 finalında "Barselona" "Bavariya"ya 2:8 hesabı ilə uduzub.
Qeyd edək ki, cari mövsümdə Çempionlar Liqasının yarımfinalında "Barselona" "İnter"ə qarşı iki oyunda 7 qol buraxıb - 3:3 və 3:4 ə.v.