2024-cü il "Golden Boy" mükafatına namizədlərin siyahısı yenilənib. Sport24.az xəbər verir ki, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.

 

Siyahıya "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya "Benfika"sından Joao Neveş təqib edir. İlk "üçlüy"ü "Mançester Yunayted"in şərəfini qoruyan Alexandro Qarnaço qapayır.

 

Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro ("Lill", Fransa), Savio ("Jirona", İspaniya) və Kobbi Meynu ("Mançester Yunayted", İngiltərə) növbəti pillələrdə yerlərdə qərarlaşıblar.

 

Qeyd edək ki, "Golden Boy" mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya "Real"ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.