UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, namizədlər Jordan Veretu ("Marsel"), Canluka Mançini ("Roma"), Berat Cimsiti ("Atalanta") və Matey Kovardır ("Bayer").

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsi ilə seçiləcək.