Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, son, 8-ci turun matçlarından sonra 1/8 finala və pley-offa vəsiqə qazanan, mübarizəni dayandıran bütün komandaların adları dəqiqləşib.
İlk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanıb, 9-24-cü yeri tutanlar "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edib. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşıb.
1/8 finala yüksələnlər
"Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyülland" (Danimarka), "Betis" (İspaniya), "Portu" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya).
Pley-offa vəsiqə qazananlar
"Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferensvaoş" (Macarıstan), "Nottinqem Forest" (İngiltərə), "Viktoriya" (Çexiya), "Srvena Zvezda" (Serbiya), "Selta" (İspaniya), PAOK (Yunanıstan), "Lill" (Fransa), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Brann" (Norveç).
Mübarizədən kənarda qalanlar
"Yanq Boyz" (İsveçrə), "Şturm" (Avstriya), FCSB (Rumıniya), "Qo Ehed İqlz" (Niderland), "Feyenoord" (Niderland), "Bazel" (İsveçrə), "Zalsburq" (Avstriya), "Reyncers" (Şotlandiya), "Nitsa" (Fransa), "Utrext" (Niderland), "Malmö" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail)
Qeyd edək ki, pley-off mərhələsinin püşkü bu gün. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.