Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Sport24.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib.
Bakı Olimpiya Stadionunda (BOS) açılış mərasimi keçirilib. İlk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib. Daha sonra hər iki yığma komandanın nəhəng formaları təqdim edilib.
Matça gəlincə, qalib müəyyənləşməyib. Hər iki qol fasilədən sonra vurulub. 
Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.
12 iyun
A qrupu
17:00. Uels - İsveçrə - 1:1
Qollar: Brel Embolo, 49 (0:1), Kiffer Mur, 74 (1:1)
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Video köməkçi hakim: François Letexier (Fransa)
Video köməkçi hakimin köməkçiləri: Jérôme Brisard, Benjamin Pages (hər ikisi - Fransa), Pawel Gil (Polşa)
Dördüncü hakim: Srdjan Jovanović (Serbiya)
Bakı Olimpiya Stadionu
| 1 | İtaliya | 1 | 1 | 0 | 0 | 3-0 | 3 | 
| 2 | İsveçrə | 1 | 0 | 1 | 0 | 1-1 | 1 | 
| 3 | Uels | 1 | 0 | 1 | 0 | 1-1 | 1 | 
| 4 | Türkiyə | 1 | 0 | 0 | 1 | 0-3 | 0 | 
 
     
                         
                 
                 
                 
                 
                