Ukraynanın "Polesye" klubunun azərbaycanlı futbolçu Emil Mustafayev yerli mətbuata müsahibə verib. Sport.24.az xəbər verir ki, gənc yarımmüdafiəçi Ukrayna millisində oynamaq variantlarından söhbət açıb. 

 

- Vaxtilə Azərbaycanın gənclər yığmasında oynamaq təklifini qəbul etmişdiniz. Qərarınızdan peşmansınız?

 

- Atam istədiyi üçün Azərbaycan millisində oynamaq arzusunda idim. Baş məşqçi Ruslan Rotan mənə dəvət göndərəndə isə artıq Azərbaycan yığmasında oynamışdım. Bir komandadan digərinə keçmək düzgün olmazdı.

 

- Əsas millidən dəvət gəlmədi? Federasiya ilə əlaqəniz olub?

 

- Hələ "Aleksandriya"da olarkən danışırdıq. İndi isə sakitçilikdir. 

 

- Ukrayna millisi ilə hekayənizə son qoymaq hələ tezdir?

 

- Ukrayna millisinə dəvət min ildə bir dəfə ola bilər. Bu yığmadan imtina etməyəcəyim dəqiqdi. Ukraynada böyümüşəm, şəxsiyyət olmuşam.

 

- Ukrayna Premyer Liqasında "Minay"da çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadə haqqında Azərbaycanda insanlar nə danışır?

 

- Onlarla o qədər də yaxından ünsiyyət qurmamışam. Əhmədzadə mütəmadi olaraq milliyə dəvət alır. Rüstəm kifayət qədər yaxşı vəziyyətdədir.

 

- Bu yaxında AVRO-2025-in seçmə mərhələsində Azərbaycan və Ukraynanın gənclərdən ibarət yığmaları üz-üzə gəldi. Orada tanışlarınız var?

 

- Bir neçə tanıdıqlarım var. Rüstəm Samiqullin və yığmanın kapitanı olan Fərid Yusiflini deyə bilərəm.