"Arsenal" heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır. London təmsilçisi azad agent statusunda olan Con Stounzun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

"Topçular"ın bu addımı atmasına əsas səbəb Uilyam Salibanın sıradan çıxmasıdır. Fransa millisinin stoperi dünya çempionatının yarımfinalında İspaniya ilə matçda bel nahiyəsindən ciddi zədə alaraq meydanı tərk edib. Məlumata görə, Saliba təxminən 5 ay yaşıl meydanlardan uzaq qala bilər.

Bu səbəbdən "Arsenal" hazırda azad agent statusunda olan Stounzu qısamüddətli həll variantı kimi nəzərdən keçirir. Komandanın baş məşqçisi Mikel Arteta müdafiəçini "Mançester Siti"də köməkçi məşqçi işlədiyi dövrdən yaxşı tanıyır.

Qeyd edək ki, Stounzun xidmətində həm İngiltərədən, həm də xaricdən bir neçə klub maraqlıdır. O, yeni komandasını seçərkən əsasən müntəzəm oyun praktikası əldə edə biləcəyi variantlara üstünlük verəcək.