Müqavilə ilə "Jirona"ya məxsus olan müdafiəçi Migel Qutyerres İspaniyadan İngiltərəyə köçə bilər. Sport24.az "Todofichajes"-ə istinadən xəbər verir ki, "Arsenal" 22 yaşlı ispaniyalı vingeri transfer etmək istəyir.

 

"Topçular"ın baş məşqçisi Mikel Arteta həmyerlisinin transferində şəxsən maraqlıdır. Mütəxəssis futbolçuya zəng edərək, potensial müqaviləni müzakirə edib. Qutyerres uğrunda mübarizədə "Arsenal"ın rəqibləri "Real" və "Mançester Yunayteddir".

 

Qeyd edək ki, ispaniyalı futbolçunun "Jirona" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.