"Arsenal" "Yuventus"un hücumçusu Kənan Yıldızla ciddi şəkildə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 20 yaşlı türk hücumçunun agenti Xorxe Mendeş artıq Turində ingilis klubunun nümayəndələri ilə görüşüb və tərəflər potensial transferi müzakirə ediblər. Yayılan söz-söhbətə əsasən, müqavilənin dəyəri 90-100 milyon avro arasındadır.

 

Qeyd edək ki, Yıldız bu mövsüm bütün turnirlərdə 14 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun "Yuventus"la müqaviləsi 2029-cu ilin iyununda başa çatır.