"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim Avropa Liqasının finalında "Tottenhem"ə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Məğlubiyyətlə barışmalıyıq. Ən yaxşı oyunu göstərsək də, alınmadı. Oyunçular əllərindən gələni etdilər. Hamıya aydındır ki, bizimçün Çempionlar Liqası olmadan onamaq çətindir. Lakin indi oturmalı və düşünməliyik. Bütün gücümüzü ortaya qoyub, mövsümü yaxşı bitirmək istəyirik".

 

"Mançester Yunayted" Premyer Liqada 16-cı sıradadır və komandanın Çempionlar Liqasına vəsiqə şansı qalmayıb.