Azərbaycan çempionatının II Liqasında 2024/25 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri dəqiqləşib. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Binə qəsəbə stadionunda baş tutacaq mükafatlandırma mərasimi bu gün keçiriləcək. 

 

Saat 16:00-da başlayacaq mərasimdə II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək. Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

 

Qeyd edək ki, II Liqada "Şahdağ Qusar" çempion olub. "Şəfa" 2-ci, "Şimal" 3-cü yeri tutub. 31 qol vuran Vidadi Cəfərov ("Şəmkir") yarışın bombardiri olub.