"Milan"ın 26 yaşlı amerikalı yarımmüdafiəçisi Kristian Pulişiç İtaliya klubu ilə müqaviləsini uzatmağa razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Yeni müqaviləyə əsasən Pulişiç ildə 5 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, amerikalının hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. Pulişiç bu mövsüm "rossonerilər"in heyətində A Seriyasında 21 oyuna çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.