İnter" A Seriyasının VII turunda səfərdə "Salernitana"nı 4:0 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, qolları ikinci hissədə meydana daxil olan Lautaro Martines vurub.
Belə ki, argentinalı hücumçu A Seriyası tarixində sonradan oyuna girib (55-ci dəqiqədə) poker edərək komandasına qələbə qazandıran ilk oyunçu olub. Martinesə 4 qol vurmaq üçün 27 dəqiqə lazım gəlib.
Onu da bildirək ki, "İnter" 7 turdan sonra 18 xalla liderdi.