İtaliya A Seriyasında çempionluğa namizədlərin şansları açıqlanıb. Sport24.az xəbər verir ki, 6 turdan sonra Opta superkompüteri məlumatları yeniləyib.

 

"İnter"in titul qazanmaq şansı 28,46 faizdir. İkinci yerdə 24,71 faizlə "Napoli" qərarlaşıb. "Roma" isə 17,41 faizlə üçüncüdür.

 

Qeyd edək ki, 6-cı turdan sonra ən böyük dəyişiklik "Milan"ın titul qazanması ilə bağlıdır. "Qırmızı qaralar"ın şansı 7,83 faizdən 11,51-ə yüksəlib.