"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Milan" və "Roma" mərakeşli forvardı transfer etmək istəyir.
Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Hər iki klub yanvar ayında En-Nesiri üçün İstanbul nəhənginə rəsmi təkliflər müraciət edəcək. İngiltərədən bir neçə klub da 28 yaşlı futbolçu ilə maraqlanır.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini 2024-cü ilin yayında "Sevilya"dan 19 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.