"Real" İspaniya La Liqasının XIV turunda "Leqanes"i məğlub edib – 3:0. Sport24.az xəbər verir ki, görüşdə qapısını toxunulmaz saxlayan Tibo Kurtua Madrid klubundakı 100-cü quru oyununu keçirib.

 

Belçikalı qolkiper "kral klubu"nun qapıçıları arasında ən çox qol buraxmadan oyun keçirənlər siyahısında 4-cü pilləyə yüksəlib. O, 246 matçın 100-də qapısını toxunulmaz saxlayıb.

 

Bu göstəricidə birinci 254 oyunla keçmiş qapıçı İker Kasilyasdır.