UFC versiyası üzrə sabiq dünya çempionu Con Cons tarixin ən güclü 5 qaydasız döyüş ustasının adını çəkib. Sport24.az xəbər verir ki, amerikalı idmançı siyahıya öz adını da əlavə edib: “Bu siyahıda mənim də adım olacaq. Özümlə yanaşı Anderson Silva, Jorj San-Pyer, Həbib Nurməhəmmədov və Joze Aldonun da adını çəkərəm. Bunlar mənim ən sevdiyim döyüşçülərdi".

Con Həbiblə arasında əvvəllər fikir ayrılığı olduğuu gizlətməyib: "Amma biz heç vaxt bir-birimizlə düşmənçilik etməmişik. Mən onun özünü necə aparmasına və ölkəsini necə təmsil etməsinə hörmətlə yanaşıram. Həbib düzgünlüyü sevən və səmimi insandı. O, əsl kişidir və öz prinsiplərinə də sadiq qalır”.

Xatırladaq ki, martın 5-də Cons UFC 285 turnirində fransalı Siril Qanla qarşılaşacaq.