Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirində medal qazanıb. Sport24.az xəbər verir ki, Aşağı Köndələnçay su anbarındakı yarışda Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

 

Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 m məsafəyə kayakla mübarizədə birinci olub.

 

Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 m məsafəyə kanoe yarışında üçüncü olub.

 

Qeyd edək ki, yarışın birinci günündə Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər. Reqata oktyabrın 18-də başa çatacaq.