"Təşkilatçılıq yüksək səviyyədədir". Sport24.az xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoagub deyib.

 

O bildirib ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turniri yüksək səviyyədə keçir: "Bu turnirdə olmaq mənim üçün böyük şərəfdir. İnanmazdım ki, nə vaxtsa bu cür yarışı canlı izləyə biləcəm. Burada olmaqdan məmnunam. Azərbaycandan Afrika ölkələrinə ötürmək istədiyim mesaj sülh və əmin-amanlıqdır. İdman insanları birgə əməkdaşlığa dəvət edən sahədir. Azərbaycandan öyrənəcəyimiz çox şey var".

 

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.