"Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir". Sport24.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə işğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə təşkil edilən "Mingəçevir Reqatası-2024" barədə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Füzulidə təşkil edilən yarışın böyük əhəmiyyəti var: "Bu gün həm də şəhərin işğaldan azad olunduğu tarixidir. Əcnəbi qonaqların turniri izləməsini xüsusi əhəmiyyətə malikdir. Bakıda ilk dəfə keçirilən "TeamGym" üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək".

 

Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.