İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk yarış günü start götürür. Sport24.az xəbər verir ki, bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilər arasında 60 kq. çəkidə Balabəy Ağayev və Turan Bayramov, 66 kq. çəkidə isə Orxan Səfərov medallar uğrunda mübarizə aparacaq. Turnir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.