Portuqaliyanın Almada şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirinin ikinci günündə Azərbaycan medal qazanıb. Sport24.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev yarışı gümüş medalla başa vurub.

Onu da bildirək ki, Elxcan 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı. .