Məğlubedilməz məhşur britaniyalı boksçu, WBC versiyası üzrə dünya çempionu statusuna malik olan Tayson Fyurinin atası Con son açıqlaması ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, o, oğlunun ukraynalı Aleksandr Usiklə döyüşünün baş tutmaması mövzusu barədə danışaraq bunları deyib: ''Ümumi qonorarın 30 faizi Usik üçün həddən artıq çox idi. Amma o, yenə də ''Uembli''də oğluma qarşı rinqə çıxsaydı, 17 milyon dollar qazanacaqdı. Amma əvəzində Dyubuaya qarşı qəpik-quruşa döyüşməyə razılıq verib. Bu məqam onun nə qədər qorxaq və yalançı olduğunu göstərir. Tayson isə istənilən şəxslə döyüşməyə hazırdı. Amma bir şərtlə ki, həmin döyüşün biznes baxımından bir mənası olsun. Usik video çəkib üzr istəməyənə və döyüşün baş tutmamasının əsil səbəbini açıqlamayana qədər oğlumla qarşılaşmaq fürsətini bir də heç vaxt əldə etməyəcək. Söhbət puldan getmir. Sadəcə insanları aldatmaq lazım deyil''.

Xatırladaq ki, Usik ilə Fyuri bu ilin yazında döyüşməli idi. Amma onlar maddi məsələlərdə anlaşma əldə edə bilmədilər. Usik avqustun 26-da ingiltərəli Daniel Dyubua ilə qarşılaşacaq və bu döyüşə görə cəmi 6 milyon dollar qazanacaq. Amma Fyurinin atasının da dediyi kimi Usik Taysonla döyüşə çıxsaydı, 17 milyon dollar qazanacaqdı.