24 ildən sonra İspaniya La Liqasına geri qayıdan "Ovyedo" Türkiyə millisinin üzvünü transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, ispanlar "Beşiktaş"ın hücumçusu Semih Kılıçsoyla danışıq aparır.

 

Semihin "Beşiktaş"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

"Qara qartal"ın yetirmsi olan 19 yaşlı futbolçunun transfer dəyəri 12 milyon avrodur.