İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. Sport24.az xəbər verir ki, Poti şəhərində 4 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq), Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışda Fərhad Rəhmanov ölkəmizi hakim kimi təmsil edəcək.