"Çox yaxşı yarış keçdi. Rəqiblərim də çox güclü idi". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin boksçusu Həsən Məlikov (48 kq) deyib.

 

Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanan idmançımız qələbəsini şərh edib. O bildirib ki, güclü rəqiblərə qarşı mübarizə aparıb: "Yarımfinalda Asiya çempionu özbəkistanlı boksçu ilə qarşılaşdım. Onunla istədiyim kimi döyüşə bildim. Finaldakı rəqibim çox güclü idi. Dünya çempionu idi. Buna baxmayaraq, qalib gəldim. Yaxşı hazırlaşmışdıq. Aprelin 15-də bizi Avropa çempionatında çıxış gözləyir. Orda da çempion olacağıq".

 

Qeyd edək ki, Həsən Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovu məğlub edib.