Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini 9 medalla başa vurub. Sport24.az xəbər verir ki, boksçularımızdan 40 kqda Aysel Fərəcova, 48 kqda Cəmilə Muradlı, 60 kqda Səma Abbasova və 60 kq yarışan Nurlan Müseyibli turniri ikinci yerdə tamamlayıblar. 

 

Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə birincilikdə bürünc medal qazanıblar.