Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Polşanın "Qurnik" (Lençna) klubu ilə qarşılaşıb.

Azəbaycan Premyer Liqa təmsilçisi meydana 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxıb. Matçdan öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

"Zirə" hesabda iki dəfə geri düşsə də, hər iki halda bərabərliyi təmin edə bilib..

Xatırladaq ki, zirəlilər ilk sınaq matçında Macarıstanın "Peç" klubuna 3:5 hesabı ilə uduzmuşdu.

 

Yoxlama matçı

20 yanvar

17:00 "Zirə" - "Qurnik" - 2:2

Qollar: Təmkin Xəlilzadə, 50, İlkin Muradov, 65

Birinci hissə 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 8. İlkin Muradov, 9. Loris Broqno, 10. Ağabala Ramazanov (K), 18. David Volkov, 19. Təmkin Xəlilzadə, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 91. Coşqun Diniyev

İkinci hissə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (K), 13. Ramin Əhmədov, 15. Ruslan Abışov, 19. Təmkin Xəlilzadə, 32. Qismət Alıyev, 44. Dimitrios Çantakias, 47. Mohamed Hamdaoui, 56. Samir Ağayev, 61. Nizami Səmədov, 64. Mahmud Ağayev