Ruanda millisinin heyətində çıxış edən, "Zirə" klubunun müdafiəçisi Anje Mutsinzi DÇ-2026-nın seçmə mərhələsində meydana çıxıb. Sport24.az xəbər verir ki, Ruanda yığması səfərdə Nigeriya ilə qarşılaşıb və oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

.Mutsinzi bütün matç boyu meydanda olub.

 

Qeyd edək ki, hazırda Ruanda 8 xalla C qrupunda 4-cü pillədə qərarlaşıb.