"Neftçi" futbol klubu qarşıdakı oyunlara hazırlığı davam etdirir. Sport24.az bildirir ki, Misli Premyer Liqasının 4-cü turunda "Sabah" klubu ilə qarşılaşacaq "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində növbəti məşqə çıxıb.

 

Lakin müxtəlif milli komandaların düşərgəsində olan futbolçular – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D"Almeyda hazırlıq prosesində iştirak etməyiblər.

 

Qeyd edək ki, sentyabrın 14-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Sabah" oyunu saat 19:00-da başlanacaq.