Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa"nın baş məşqçisi Zaur Həşimovun köməkçiləri müəyyənləşib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın U-16 komandasının baş məşqçisi Rauf Əliyev köməkçi məşqçilərdən biri olacaq.
"Zirə-2"də işləyən Hacı Əhmədov da "Şəfa"da çalışacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümə avqustda start veriləcək.