"Təəssüf ki, "Qarabağ" "Ayaks"a məğlub oldu. Rəqib Avropanın tarixi olan komanlarından biri idi. Komandamız oyunun əvvəlindən göstərdi ki, Niderlandlıları məğlub edə bilər. Oyunun ssenarisi "Ayaks"ın istədiyi kimi oldu. Qeydə alınmayan qol, qırmızı vərəqə rəqibin xeyrinə verilən penalti oyunun taleyinə böyük təsir göstərdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın veteran futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Zaur Həşimov Avropa Liqasının III turunun "Qarabağ" – "Ayaks" oyununu (0:3) şərh edərkən deyib.
Həşimov baş hakim Nikolas Uolşun idarəçiliyindən danışıb:
Hakimlər qaydalardan danışır. Dəfələrlə görmüşük ki, belə epizodlarda hakimlər rəqibin kimliyindən asılı olaraq da qərar verirlər. Avropa Liqası səviyyəsində olan oyunlarda oyunu belə "sındırmaq" hakimin futbolu hiss etməməsi idi. Penalti epizodu həmçini. Hakim Kevin Medinanın rəqibin ayağına vurmasını səbəb gətirərək penalti təyin etdi. Bu da oyunun həll edici məqamı oldu.