Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov təyinat alıb. Sport24.az xəbər verir ki, PFL-in rəsmi saytında bu barədə məlumat paylaşılıb. 

 

Yazılan məlumata əsasən Zaur Hacı-Məhərrəmov Millətlər Liqasında keçiriləcək Latviya - Farer adaları oyununda UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, qarşılaşma sentyabrın 10-da baş tutacaq.