"Qarabağ"ın növbəti mərhələyə vəsiqə qazanması üçün şansı var. İnanıram ki, təmsilçimiz sabah FCSB-yə qalib gələcək. Azarkeşlərin dəstəyi təmsilçimizə müsbət mənada təsirini göstərir". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssinin sözlərinə görə, sabahkı oyunda "Qarabağ"ın heyətində itkilərin olması komandanın oyununa təsirini göstərməyəcək:

 

"Qarabağ"da ehtiyyat oyunçu amili yoxdur. Hər bir futbolçu meydana çıxanda komandaya kömək edir. Düzdür, Juninyo hücum xəttində daha istəkli idi, amma sabahkı matçda onu əvəz edən hücumçu qalib gəlmək üçün özünü yaxşı tərəfdən göstərəcək".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlayacaq. Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cü yerdədir.