"İlk növbədə "Neftçi" ailəsini, azarkeşlərini təbrik edirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Elvin Camalov deyib.

 

Yarımmüdafiəçi Misli Premyer Liqasının 33-cü turunda "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb:

 

"Komandamız UEFA Konfrans Liqasına vəsiqə qazanıb. "Neftçi" komandası, ailəsi buna layiqdir. Bu səmimi sözlərimdir. Bu klub hər zaman yuxarı pillələrə, yüksəklərə layiqdir. Gələn mövsüm Misli Premyer Liqası və UEFA Konfrans Liqasında uğurlu olarıq. "Kəpəz"lə matç sonuncu idi. Ciddi hazırlaşsaq da, hardasa poşluqlar var idi. Amma oyundan əvvəl də bildirirdik ki, maksimum ciddi yanaşmaləyıq. Yaxşı əhval-ruhiyyə ilə istirahatə yollanmaq niyyətində idik".

 

Camalov birinci hissənin çətin keçdiyini, ikinci yarıda isə azlıqda qaldıqlarını söyləyib:

 

"Qırmızı alandan sonra işimiz daha da çətinləşdi. Düşünürəm ki, sonuncu matçda oyunçuları başa düşmək olar. Çox şükür ki, qələbə qazandıq. Bütün "Neftçi" ailəsini təbrik edirəm".