"Qarabağ"ın aparıcı futbolçularından biri olan Marko Yankoviç klubdan ayrılmaq niyyətindədir. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə yollarını ayırmaqda qərarlıdır və bu istəyini artıq klub rəhbərliyinə çatdırıb.

Mənbənin bildirdiyinə əsasən, monteneqrolu futbolçu karyerasını başqa ölkədə davam etdirməyi planlaşdırır. O, bu səbəbdən rəhbərlikdən transferinə şərait yaradılmasını xahiş edib.

Yankoviç artıq rəsmi təklif alıb və maraqlı tərəfin ünvanladığı müraciətə "Qarabağ"ın müsbət yanaşmasını istəyir.

Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən "Qarabağ"ın formasını geyinir. Monteneqro millisinin üzvünün Ağdam klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.