Niderlandın "Volendam" klubunun texniki direktoru Patrik Basbi Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün transferi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, funksioner bu barədə klubun rəsmi saytına açıqlama verib.

O, yayda ilk transferlərini həyata keçirdiklərini boldirib: "O, ötən mövsümdə də ölkəmizdə çıxış etmişdi. Sonra ölkə xaricinə yollanmağa üstünlük verdi. Bizi seçdiyinə görə şadıq. O, Finlandiyanın HİK komandasında beynəlxalq oyunlarda təcrübə qazanıb. Ozan Can Kökçü yaxşı ötürmələr verə bilir".

Qeyd edək ki, Ozan Can Kökçü "Volendam"la 1+1 illik müqavilə imzalayıb.