Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" – "Qarabağ" oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:
– "Neftçi" azarkeşlərini təbrik edirəm, eyni zamanda ötən oyundakı nəticəyə görə onlardan üzr istəyirəm. Belə oynamamalı idik. Bu səhvlərdən nəticə çıxardıq və qələbə qazandıq. Fanatlarımızı bir daha təbrik edirəm. Xahiş edirəm, bu gün sual verməyəsiniz – elə vəziyyətdəyəm ki, bir az sakitləşməyə ehtiyacım var. Qarşıdakı dörd oyunda nə qədər istəsəniz, sual verə bilərsiniz. Bu, hörmətsizlik kimi qəbul olunmasın. Oyun emosional baxımdan məni çox yordu. Bu gün sual olmasa, daha yaxşı olar.