Misli Premyer Liqasının XX turunda keçirilən "Sabah" - "Sumqayıt" oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Çox danışmaq çətindir. Yaxşı oynadıq, topa və oyuna nəzarət etdik. Çoxlu üol epizodu yaratsaq da, yararlana bilmədik. Daha çox çalışmalıyıq.

 

- Hücumçularınızın məhsuldarlığı aşağı düşüb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Eniş nə zaman olur? Qol fürsətləri yaratmasan, belə demək olar. Bu gün çoxlu qol imkanları yaratdıq. Bəzi anlarda daha keyfiyyətli olmalıydıq.

 

- Qol vurmaqçün başqa nə çatmadı?

- Üstünlük bizdə idi. Qol fürsətlərimizi boşa verdik. Futbolda belə hallar olur.

 

- Yeni qapıçınız nə üçün heyətdə yox idi?

- Hələ hazır deyil. 4-5 gündür, məşq edir. Formasını yığandan sonra qapıda görəcəyik. Eyni zamanda Yusifin son oyunlarından razıyam.

 

- Elvin Camalov kimi oyunçu ilə nə üçün davam etmək istəmədiniz?

- Bəzi oyunçular var ki, məşqçinin oyun üslubuna uyğun gəlmir. Elvin də ehtiyatda qalmaq istəmirdi. Ona karyerasında uğurlar arzu edirəm.