"Sabah" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Petrokub"u qəbul edəcək. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dombrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib:

 

- İlk oyunda qalib gəlməyimizə baxmayaraq hələ heç nə bitməyib. Bilirik ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Yaxşı bərpa prosesi keçdik. Daha sonra 3 gün ərzində yaxşı məşq etdik. Səfərdəki matçda olan çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Ən yaxşı oyunumuzu göstərməliyik. Avrokubok matçlarında rəqibə hörmətlə yanaşmaq lazımdır. Əlimizdən gələni edəcəyik.

 

- Artıq müdafiədəki problemlərin həll olunduğunu düşünmək olar?

- Nəticənin yaxşı olmasına baxmayaraq bəzi şeyləri düzəltməli, daha da inkişaf etməliyik. Oyunun hücum və müdafiə seqmenti bizim üçün eyni dərəcədə önəmlidir. Bəli, qol buraxmadıq. Amma bəzi oyunlar ola bilər ki, qapımızı toxunulmaz saxlamağı bacarmayaq. Dağa çox qol vurmaq lazımdır.

 

Qeyd edək ki, "Sabah" - "Petrokub" qarşılaşması sabah saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. Moldovadakı ilk görüş Azərbaycan klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.