"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının son turunda zədələnən legioneri Rafael Utziqin son durumu haqda danışıb. 44 yaşlı mütəxəssis Sport24.az-a açıqlamasında braziliyalı hücumçunun bir müddət müalicə alacağını söyləyib: "Zədəsi çox ciddi deyil. Amma narahatlıq hiss elədi və buna görə əvəzlədik  Köhnə zədə deyil, əzələ dartması ilə bağlı problemi oldu. İlkin rəyə görə, bu həftənin sonunadək müalicə almalıdı. Gedişat göstərəcək ki, növbəti turda heyətimizdə olacaq, ya yox".

Xatırladaq ki, "Qəbələ" son dövrənin ilk turunda aprelin 2-də "Sabah"ın qonağı olacaq.

 

 

MEHMAN SÜLEYMANOV