"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Vladislav Kulaçla anlaşıb.

Ukraynalı hücumçu yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 30 yaşlı futbolçunun son klubu Ukraynanın “Dinamo”(Kiyev) komandası olub. O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zarya”, “Vorskla”, “Aleksandriya”, Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.